Yarım qalan sevgilər... Aytən Hüseynova yazır

Aytən Hüseynova

Yarım qalan sevgilər var,yarım qalan yarsız qalan qadınlar.Əllərində ünvanına catmayan məktublar.Əllərində güllər var,açılmamış solan güllər,məzar daşına yoldaş olan o güllər,göz yaşı ilə boy atan o güllər..Yara dolu qəlblərə yoldaş olan o güllər...

Açılmayan stollarda yas saxlayan gəlinlər,göz qapıda,əl ürəkdə yol gözləyən gəlinlər..Gəlməyəçəyin bilə-bilə yol gözləyən gəlinlər,xoş günlərin şəkilləri ilə danışan gəlinlər..

Toy şəklinə baxıb xatirəyə dalanlar..Hey düşünər,hey düşünər...sonu olmayan eşqə ömürlük yas tutarlar..

Bunla bitməz dərdlər,əzablar Başqa bir evdə ....

Xəyalların getdiyi yolları son hədiyyəni öpə-öpə oxşayan bir qızın göz yaşları isladar...Amma bilin ,unutmayın

O dünyada hər gün xoşbəxt olurlar,xəyanətdən,yalandan uzaq eşqi yaşarlar.

Bilirsiniz kimdir onlar?

-Şəhidlər..

Şəhid gənclər..Əl-ələ tutub şəhid olan şəhidlər..

Vətən olub vətən üçün ölənlər..Xəyanətdən uzaq olub sədaqətlə eşqi vəhdət bilənlər..

Onların əməlində çiçək açan eşqlər..Hec sönmədi,sönməyəcək ümidlər..Alovlanıb göy üzünə Günəşə ,aya buluda catan ərənlər işıq olub ətrafa nur sacan ərənlər..

Eşqi ucuz tutmadılar biləsən,ildə birinə "sevirəm,xoşlanıram"demədilər.

Bir dəfə sevdilər,ilk və son eşqlərini Vətənə qurban etdilər..

Dəyişməzdir ərənlərdə eşq yolu,dönülməzdir igidlərdə haqq yolu.Sevdasına sadiq olan oğullar əbədilik eşqə sadiq oldular.

Qadınına,sevgilisinə sadiq olan oğullar əbədilik eşq gülləri ----qərənfil,xarı bülbül oldular....

Vətən daşı olanlara əbədilik eş olanlar uyumaq üçün gözlərini qaparlar ,çünki əbədilik uyuyanlarla yuxuda tən olurlar...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31