127 gündən sonra şəhid xəbəri gələn əsgərimiz dəfn edildi
13 Fevral 2021 13:32 SosialVətən müharibəsində itkin düşmüş və 127 gündən sonra nəşi tapılan 23 yaşlı şəhid Cavidan Məmmədli dəfn olunub.
Olaylar.az xəbər verir ki, şəhidlə doğulduğu İmişli şəhərindəki evində vida mərasimi keçirilib.
Daha sonra şəhid rayonun Şahverdili kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin rəsmiləri, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin dayısı İlkin Hüseynov bildirib ki, 1997-ci il təvəllüdlü Cavidan Məmmədli Füzuli istiqamətində döyüşlərdə olub: "Sonuncu dəfə onunla oktyabrın 7-də əlaqə saxlanılıb. Günorta saatlarında isə Füzulinin Qaraxanbəyli kəndi uğrunda gedən qanlı savaşda şəhidlik zirvəsinə ucalıb". report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31