ŞOK İDDİA: Ölüm saçan yeni virus dünyanı CƏNGİNƏ ALACAQ

"Yeni növ koronavirusun (COVID-19) ilk dəfə İngiltərədə aşkarlanan mutasiyası dünyada dominant tipə çevriləcək və daha ölümcül olacaq".

Bu iddia ilə İngiltərədəki "Genomics UK" genetik monitorinq proqramının direktoru, professor Şaron Pikok çıxış edib.

O bildirib ki, mutasiya 50-dən çox ölkədə aşkar edilib. Böyük ehtimalla bütün dünyanı əhatə edəcək:

"Gələcəyə baxdıqda düşünürəm ki, narahat olmağa davam edəcəyik. 10 il sonra da narahat olacağıq. B117 olaraq bilinən mutasiya 70 faiz daha sürətlə yayılır. Yaşı 60-dan yuxarı olanlar üçün 30-40 faiz daha ölümcüldür"

Bildirək ki, "Pfizer", "Moderna" və "AstraZenaca" hazırladıqları peyvəndlərin mutasiyaya qarşı təsirli olduğunu açıqlayıblar. (publika.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31