Şükür Həmidovun şəhid olduğu yerə lövhə qoyuldu - FOTO
12 Fevral 2021 14:44 SosialAzərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun şəhid olduğu yerdə fotoşəkli əks olunan lövhə qoyulub.
Olaylar.az unikal.org-a istinadən bildirir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Füzuli, Zəngilan və Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31