Göyçayda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb - FOTO
12 Fevral 2021 13:26 SosialGöyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün saat 12:30 radələrində Göyçay-Ucar yolunun Çərəkə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Volkswagen" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir.
Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan birinin vəziyyəti daha ağırdır.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31