Kimlərə hərbi xidmətdən möhlət veriləcək?
12 Fevral 2021 13:16 SosialAzərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək.
"Olaylar" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.Qanuna dəyişiklik ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.
Alim
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31