Bakıda işlədiyi evdən 15 min manatlıq oğurluq edən xadimə tutulub

Bakıda xadimə işlədiyi evdən oğurluq edib

Olaylar.az  APA-ya istinadən xəbər verir ki,  bu barədə məlumat Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, Nəsimi rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il noyabrın 5-də rayon ərazisindəki evlərin birindən 14 800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini X.Həsənova saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31