Azay Quliyev: “Qaz sayğacları ilə bağlı çoxlu şikayətlər var”

"Qaz sayğacları ilə bağlı yaranan problem haqqında çoxlu şikayətlər daxil olur".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Azay Quliyev deyib. Deputatın sözlərinə görə, "Azəriqaz" QSC-nin rəhbərliyi bununla bağlı açıqlama versə də, problem olduğu kimi qalır: "Sayğaclar dəyişdiriləndən sonra qaz sərfiyatı çox olur. Təklif edirəm ki, biz bunun həllini tapaq. Bəlkə "Azəriqaz"ın rəhbər şəxslərinin təmsil olunduğu bir İşçi qrup yaradılsın. Şikayət edən vətəndaşlar da bu İşçi qrupda təmsil olunsun. Yaxşı olar ki, bu kimi dövlət təşkilatlarında İctimai şuralar yaradılsın. Çünki bu barədə şikayətlər çoxdur. Sosial şəbəkələrdə də "Azəriqaz"la bağlı şikayətlər yayılır. Bu məsələ öz həllini tapmalıdır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31