Parlament Aparatında yeni şöbə yaradıldı
12 Fevral 2021 12:15 SosialMilli Məclis Aparatında Sosial qanunvericilik adlı yeni şöbə yaradılıb.
"Olaylar"ın xəbərinə görə, yeni şöbənin müdiri vəzifəsinə uzun illərdir parlament Aparatında çalışan Adil Vəliyev təyin olunub. Adil Vəliyev əvvəllər Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin sektor müdiri işləyib. Son təyinatdan öncə isə İqtisadi və sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri vəzifəsini tutub. Dövlət qulluğunun baş müşaviri, Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosentdir.
Alim
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31