Gəncənin deputatından maraqlı təklif

"Gəncə aeroportunun adı dəyişdirilərək, ona Nizami Gəncəvinin adı verilsin".

"Olaylar"ın məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında Gəncəni təmsil edən deputat Naqif Həmzəyev çıxış edib. Deputat bildirib ki, Moskva-Bakı reysi artıq açılır: "Yaxşı olardı ki, Gəncə-Moskva, Gəncə-İstanbul reysi də açılsın. Gəncə əhalisi ticarətlə məşğul olur. Digər tərəfdən Gəncədə kanalizasiya tikintisi öz həllini tapmır. Əksinə, bununla bağlı işlər Gəncədəki yollara böyük ziyan vurub. "Azərsu" bu problemlə əlaqədar Gəncə əhalisinə hesabat versə, yaxşı olar".

 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31