Komitə sədri: “Digər ərazilərdə də Prezidentin xüsusi nümayəndələri təyin oluna bilər”

 "19 yanvar tarixli fərmanla prezidentin xüsusi nümayəndəlikləri təsis olundu, qısa müddətdə əsasnamə təsdiq edildi".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin iclasında Birinci vitse-spiker Əli Hüseynli deyib. O, xüsusi nümayəndələrin Prezident Administrasiyasının əməkdaşları olduğunu xatırladıb: "Bu status onların dövlət qulluqçusu olması statusu ilə eynilik təşkil edir. Buna görə də "Dövlət qulluğu haqqında" qanuna da dəyişiklik təklif edilir. Bu institut hələ ki sadəcə, işğaldan azad edilmiş yerlərdə yaradılır. Özünü doğruldarsa, ola bilsin ki, gələcəkdə Azərbaycanın digər ərazilərində də xüsusi nümayəndəlik institutu yaradılsın".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31