Hara gedir(miş) bu  məmurlar aman  bu  boyda-boyda.....

Dünyanın hər yerində milyonerlər, milyarderlər var. Ən müasir texnologiya ixtiraçılarının milyonları bu gün heç kimə sirr deyil. Daha çox xeyriyyəçilik edən bu sərvət sahibləri  mənsub olduqları ölkənin qanunlarına tabe olaraq  kimsənin haqqını tapdalamır, dövlətin vergisini vaxtında və tam olaraq ödəyirlər. Ən əsası bu adamlar dövlətdə heç bir rəsmi post tutmurlar.

Bizdə isə milyonçuların hamısı ölkənin iri çaplı məmurlarıdır. Azərbaycanın yeraltı və yerüstü sərvəti qanunsuz bizneslə məşğul olan  bu adamların şəxsi nəzarətindədir. Tutduqları vəzifənin icrası ilə məşğul olmaq əvəzinə  durmadan sərvət toplayırlar. Dövlətin büdcəsini talayan,  xalqın cibinə girən həmin  məmur ordusunun  təkcə ölkə daxilində deyil, Avropada, Rusiyada, Türkiyədə, Dübayda və digər ölkələrdə biznes strukturları fəaliyyət göstərir. Neft və milyonlar səltənəti olan Azərbaycanın maddi sərvəti bu məmurların monopoliyasındadır. Onlardan başqa kimsə əlini ora uzada bilməz.Amma  artıq  ölkə  prezidentinin  korrupsiyaya qarşı  apardığı  barışmaz  siyasət    vəziyyətin  kökündən  dəyişəcəyinə  dəlalət  edir..

Kimdir  onlar?

Əbülfəs Qarayevin topdağıtmaz biznesi

Yadınızdadırsa araşdırmaçı jurnalist Cavanşir Həsənli  keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin və ailəsinin sahib olduğu şirkətlərin siyahısını yayımlanıb.

Məlum olundu ki, sabiq nazirin ailə şirkətləri Rusiya, Litva, Panama, Azərbaycan, Malta kimi qitələri aşan coğrafiyanı əhatə edir:

Onun mədəniyyətimiz hesabına "qazandıqları" daşınmaz əmlak şirkətlərinə, gözəllik salonlarına, kənd təsərrüfatı sahələrinə, Allah bilir, hələ məlum olmayan daha hansı sahələrə yönəldilib.

Keçmiş nazirin yeganə övladı - qızı Suad Qarayeva hələ 2002-ci ildən ad və soyadının baş hərflərini özündə ehtiva edən "SQ-FUTURE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin təsisçisidir. BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, MÜSLÜM MAQOMAYEV, ev 22-də hüquqi qeydiyyatda olan şirkətin qanuni təmsilçisi Ülviyyə Məcidovadır.

Həmin ünvanda 2006-cı ilin martında Əbülfəs Qarayevin həyat yoldaşı KAZIMOVA LALƏ TOFİQ qızının təsisçiliyi ilə Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilən! "YOL+İLK ELMİ-POPULYAR DƏRGİ REDAKSİYASI" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTİ qeydə alınıb. O, "Jazz Dostları" ictimai birliyinin də təsisçisidir.

Lalə Kazımova 2010-cu ilin dekabrında Türkiyədə ad və soyadının abbreviaturasını ifadə edən KL BODRUM EMLAK TİCARET VE Sanayi LİMİTED ŞİRKETİ-ni təsis edib. Şirkət İstanbul Ticaret Sicili Memurluğunda 5000 TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Nizamnaməyə görə Qarayevlərin ailə şirkəti Türkiyədə və ölkə xaricində turizm obyektləri, otel, yaşayış binaları, villa və idman təsisatların sahib olmaq, işlətmək hüququ əldə edib.

Qarayevlərin Türkiyədəki turizm təsisatları barədə məlumat olmasa da, keçmiş nazirin xanımın sosial şəbəkələrdəki hesabında Bodrumdakı beşulduzlu Kuum otelinin simvolunu (qoşaqanadlı mələk) profil şəkli seçməsi maraq doğurur.

Lalə Kazımovanın adına Litvada da şirkət qeydiyyata alınıb. "TRIAT EXIRE" UAB (LTD, qeydiyyat nömrəsi 302521161) 10 ilə yaxındır ki, Litvanın daşınmaz əmlak bazarında fəaliyyət göstərir. Vülnüsdə Şaltinıy 22-də Qarayevlər ailəsinə məxsus çoxsaylı daşınmaz əmlak icarəsindən gəlir 35 min dollardan artıqdır.

Əbülfəs Qarayevin qızı Suad Qarayevanın təsisçisi olduğu daha bir daşınmaz əmlak şirkəti 2013-cü ildə Rusiya paytaxtında qeydiyyatdan keçib. QALS MMC (ГАЛС ООО) 20 min rubl nizamnamə kapitalı ilə Moskvanın Tatarskaya küçəsi 7 ünvanında hüquqi qeydiyyata alınıb. Baş direktoru Cəfərov Fərid Oqtay oğludur.

Şirkətin adı Qarayevlər ailəsinin soyad və adlarının abbreviaturasından götürülüb: Qarayev, Abulfas, Lalə və Suad. Şirkət üzərindən Qarayevlər ailəsi Moskvada icarəyə verilmiş çoxsaylı mənzillərə, ticarət obyektlərinə sahibdir. Rusiya Federal Vergi Xidmətində QALS MMC-yə aid məlumatlarda qeyd olunur ki, şirkət 2018-ci ildə daşınmaz əmlak biznesindən 6.7 milyon rubl (təxminən 100 min dollar) gəlir əldə edib, federal büdcəyə 430 min rubl vergi ödəyib.

Qarayevlər ailəsinin GALS adı ilə daha bir neçə şirkəti isə Azərbaycandadır. "GALS GALLERY" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2013-cü il aprelin 19-da qeydiyyatdan keçib. Qanuni təmsilçisi Əbülfəs Qarayevin həyat yoldaşının rəfiqəsi Vəzirova Liana Leonidovnadır. O, Mədəniyyət Nazirliyi nəzdindəki Muzey Mərkəzi binasının inzibati və təsərrüfat müdiriyyətinin direktorudur.

Muzey Mərkəzi "Rus muzeyi də adlanır. Fəaliyyəti elektron-rəqəmsal və çap materialları əsasında rus mədəniyyətini öyrənmək və təbliğ etməkdir.
Muzey Mərkəzinin direktorunun adına rəsmiləşdirilmiş şirkət BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, YUSİF MƏMMƏDƏLİYEV, ev 14-də hüquqi qeydiyyatdadır.

Həmin ünvanda keçmiş nazirin xanımına məxsus "GALS BEAUTY AND SPA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2013-cü il mayın 3-də Araz Nağıbəyli Əli oğlunun qanuni təmsilçiliyi ilə qeydiyyata alınıb. Lalə Kazımova bu şirkətə bağlı Bakının mərkəzindəki "NailRoom" (Rəşid Behbudov küçəsi 53c və 31c) gözəllik salonlarına da sahibdir.

Əbülfəs Qarayevin özü isə "otkat"lardan aldığı payını daha uzaqlara yatırmağa üstünlük verib. Onun və Milli Məclisin deputatı Hüseynbala Mirələmovun şərik olduğu RİMBA SA. offşor şirkəti 2004-cü ilin fevralında Panamada qeydiyyata alınıb. Adı "sivilizasiyadan, mədəniyyətdən uzaq, cəngəllik" anlamına gələn şirkətin 2005-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş nümayəndəliyi isə bu yaxınlarda ləğv edilib.

2015-ci ildə Əbülfəs Qarayevin qızı Suad Qarayeva - Maleki ilə ailə quran İran əsilli Britaniya vətəndaşı Şəhriyar Maleki də bu izdivacdan sonra Azərbaycanda iri biznesə sahib olub. O, 2016-cı ildən Bakıda "COLAB" biznes mərkəzlərinin şərikidir. Paytaxtda iki ünvanda - NEFTÇİLƏR PR. 151-də PORT BAKU MALL-da və Time Business Mərkəzində hər biri 1000 kvadratmetrlik iki böyük iş mərkəzlərində ofislər, seminar və konfrans salonları icarədədir.

Keçmiş nazirin kürəkəni 2016-cı ilin noyabrında Azərbaycanda GREEN FARMS AZERBAİJAN MMC şirkətini də qeydiyyatdan keçirib. Şirkətə aid saytda qeyd olunur ki, o, Green Farms International şirkətinin Azərbaycan üzrə nümayəndəliyidir. Əbülfəs Qarayevin nazir kimi nüfuzu sayəsində GREEN FARMS AZERBAİJAN MMC 2017-ci ilin mayında Biləsuvar İcra Hakimiyyətindən 5 min hektar torpaq sahəsini olduqca aşağı qiymətə 49 illik icarəyə götürüb. https://www.greenfarms.az/

Həmin ərazi Qarayevlərin və qohumlarının nəzarətinə keçənə qədər qışlaq sahəsi olub və yerli əhali tərəfindən təyinatı üzrə istifadə edilib. Əbülfəs Qarayev 2017-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə bu ərazinin əkin sahəsi kimi istifadə olunmasına və qudasının Maltadakı şirkətinin nəzarətinə verilməsinə nail olub.

İcarə müqaviləsinə imza atan keçmiş icra başçısı, Əbülfəs Qarayevin yaxın dostu Mahir Quliyev aprelin 29-də DTX tərəfindən saxlanılıb. Biləsuvarda böyük torpaq sahələrini ələ keçirən GREEN FARMS INTERNATIONAL LTD 2016-cı ilin oktyabrında Maltada qeydiyyatdan keçib. Maltadakı şirkətin təsisçisi isə Əbülfəs Qarayevin Avstriya və Monako vətəndaşı olan qudası İsgəndər Malekidir. O, 2016-cı ilin iyunundan Maltada daha bir şirkətin AS LIMITED-in səhmdarıdır. Şirkətin digər səhmdarı qismində ADINOTEC LTD offşor şirkəti çıxış edir.

İsgəndər Maleki vaxtilə İngiltərənin ən nüfuzlu iş adamlarından olub. O, xanımı Fatimə Maleki və Şəhriyar Maleki 1991-2009-cu illərdə Britaniyada çoxsaylı maliyyə şirkətlərinə rəhbərlik edib, neft treyderi kimi tanınıb, sonrakı illərdə biznesində durğunluq yaranıb.

Malekilər ailəsi dünyanın ən bahalı tarixi incəsənət nümunələrinin kolleksiyaçıları kimi də məşhurlaşıblar. Onlar Londonda Əbülfəs Qarayevin qızının çalışdığı və tarixi əsərlərin hərrac yolu ilə satışa çıxarıldığı Sothebychr("39")s incəsənət auksionunun daimi müştəriləridir. Güman ki, Qarayevlərin Malekilərlə qohumluğu da buradan başlayır.

Ümumiyyətlə Sothebychr("39")s hərracında Azərbaycana aid tarixi mədəniyyət əsərlərinin satışa çıxarılıb-çıxarılmadığının çox ciddi araşdırmaya ehtiyacı var. 

Salen Məmmədovun ölkə xaricindəki şirkətləri

Azərbaycan Avtomobil Yolları Dövlət Aagentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədovun Türkiyədə bir neçə kommersiya şirkəti var. Onun bu vəzifədəykən bizneslə məşğul olması "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna ziddir.
O, İstanbuldakı dəyəri 1 400 000 lirə olan villasının eyvanından Formula 1 yarışlarının keçirildiyi şüşətək hamar trekdə şütüyən avtomobilləri asanlıqla izləyə bilər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İH sədri burada 300 kvadrat metrlik üçmərtəbəli (zirzəmisi və yeraltı avtoqarajı ilə birlikdə) villaya sahibdir. yenixeber.org

S.Məmmədov prestijli "Pakville İstanbul" yaşayış və əyləncə kompleksində villa tipli 5 otaqlı mənzil almış Azərbaycanın dövlət büdcəsi hesabına maliyyələşdirilən avtomobil yolları təsərrüfatının yeganə rəsmisi deyil. Onun keçmiş həmkarı, "71 saylı Yol İstismar" Müəssisəsinin (hazırda "4 №-li Magistral Yolların İstismarı" MMC) rəhbəri işləmiş Xaqani Kazımovun 36 yaşlı oğlu Vüsal Kazımovun da adına bu dəbdəbəli kompleksdə villa alınıb.

Bu villalar həm də onların bu ölkədəki şirkətlərinin baş ofisidir. Xaqani Kazımov həm də "Azərbaycan Dəmir Yolları" QSC-nin İH sədri Cavid Qurbanovla iş ortağıdır (2009-cu ildə "Kant" MMC təsis ediblər) və hazırda ADY nəzdindəki "11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin direktorudur.


Türkiyənin rəsmi mənbələrinə görə, AAYDA rəsmisi Saleh Məmmədov İstanbulun azı iki vergi dairəsində (Çeşmə və Sarıqazi) qeydiyyatdadır (vergi ödəycisi nömrəsi: 6111099457 və 6110509098). Bakıda isə onun və ailə üzvlərinin qeydiyyatı Xanlar küçəsi, 40 nömrəli binadakı mənzillərdən birinədir.

"Saha İnvestment Dış Ticaret Limited" şirkəti (qeydiyyat № 698908) 2009-cu ildə Saleh Məmmədov və Hanifi Tekin tərəfindən 51/49 faiz nisbətində 100 000 lirə kapitalla qurulub. O zaman S.Məmmədov "Azəryolservis" ASC-nin (indiki AAYDA - red.) 1 saylı Yol İstismar İdarəsinin rəisi idi. S. Məmmədov şirkətin ofis ünvanını (Akfirat Tepeören məhəlləsi, Atatürk Caddəsi, № 2 - İstanbul Parkville, F1 villası) həm də Türkiyədəki mülkü kimi təqdim edib. 2010-cu ilin iyununda ortaqlar arasına 26 yaşlı Vüsal Kazımov daxil olub və üçlüyün şirkətdəki payları demək olar ki bərabər şəkildə bölünüb. Şirkət daha sonra Atatürk məhəlləsi, Alemdağ Cad. № 58, mənzil 7 ünvanına köçüb. 2012-ci ilin fevralında Vüsal Kazımov şirkətdəki payını Hanifi Tekinə sataraq ortaqlığı tərk edib. Saleh Məmmədov yük daşımaları və anbar xidmətləri göstərən bu şirkətin direktorudur.

"ACR Dış Ticaret Limited" şirkətini (qeydiyyat № 695592) 2009-cu ilin aprelində Sait İlhan və Erkan Acar təsis ediblər. May ayında Erkan Acar 490 000 lirəlik payını Saleh Məmmədova satıb və şirkətin adı "Subhan Dış Ticaret Limited"ə dəyişdirilib. 2016-cı ilin noyabrında Sait İlhan isə 10 000 lirə dəyərində səhmlərini Saleh Məmmədovun oğluna - Sübhan Məmmədliyə (vergi ödəyicisi nömrəsi: 6110636299) satıb. Topdansatış və idxal-ixrac əməliyyatları ilə məşğul olan şirkətə 2017-ci ilin avqustundan Sübhan Məmmədli rəhbərlik edir. Bu şirkət də ofisi S.Məmmədovun "Parkville İstanbul"dakı villasında yerləşir.

"Emineller Metal Sanayi ve Dış Ticaret A.Ş."-nin (qeydiyyat № 353130) təsisçilərinin 2015-ci ilin dekabrında keçirilən toplantısında Sübhan Məmmədli nümayəndəsi Sertaç Bulut vasitəsilə təmsil olunub. İclasda məlum olub ki, 1996-cı ildən fəaliyyət göstərən və Tekin ailəsinə məxsus olan bu şirkətin yarısına Sübhan Məmmədli nəzarət edir. 1 milyon lirə kapitalı olan şirkətin səhmləri artıq onun mülkiyyətində idi. "Azəryolservis" ASC-nin sədri vəzifəsini icra edən Saleh Məmmədovun oğlunun o zaman cəmi 18 yaşı vardı. 2017-ci ilin oktyabrında baş tutan növbəti yığıncağa da Sübhan Məmmədli qatılmamışdı. Amma artıq o vaxt Sübhan əlvan metallarla ticarət edən bu şirkətin tək sahibi idi. Notarial sənədlərdə onun yaşayış yeri kimi Bakı şəhəri, Məhsəti küçəsi, ev 25/12 göstərilir. Cəmi 2 ay sonra, 2018-ci ilin yanvarında S. Məmmədli 1 milyon lirə dəyərində səhmlərini Erkan Acara və Berat Şahinə sataraq şirkəti tərk etib.

"Subhan Turizm Yatırımları ve Dış Ticaret Limited" şirkəti (qeydiyyat № 693225) 2009-cu ilin mart ayında Hanifi və Sinan Tekinlər təsis ediblər. May ayında Hanifi Tekin 990.000 lirəlik payını Vüsal Kazımova satıb. Vüsal Kazımovun Saleh Məmmədovun villası ilə qonşuluqdakı F2 saylı villada yerləşən şirkətin adı sonradan dəyişdirilib və "ACR İnvestment Dış Ticaret Limited" adlandırılıb. Otel biznesi sahəsində fəaliyyət göstərən bu şirkətdə 2015-ci ildə Vüsal səhmlərini Samir Zakir oğlu Muxtarova, 2019-cu ilin mayında isə Samir Vüsala ötürüb.

Göründüyü kimi, həm Saleh Məmmədov, həm də Vüsal Kazımovun Tekin ailəsi ilə biznes ortaqlığı var. V. Kazımov 25 yaşındaykən türk işadamı, "AzerTurk Group"-un sahibi "Hanifi Tekin ilə "Azerturk İnvestment Dış Ticaret Limited" şirkətini yaradıb. İlyarım sonra o, payını S. Məmmədovun digər ortağı Salih İlhana sataraq şirkətdən ayrılıb.


AAYDA şefinin oğlu Sübhan Məmmədlinin digər biznes fəaliyyətlərinə gəlincə, o, yaşının azlığına baxmayaraq, Türkiyədən başqa Azərbaycan, Avstriya və İngiltərədə də fəaldır.

Sübhan Məmmədli 2016-cı ilin yayında Vyanada (Avstriya) yaradılan "AZSN Servis GmbH" (qeydiyyat № 457017i) şirkətində 49%-lik iştirak payını 2017-ci ildə alıb. Bundan sonra şirkət "S.M.A.N Business Solutions GmbH" adlandırılıb. 35 min avro səhmdar kapitalı olan şirkət daşınmaz əmlak, ticarət və tikinti biznesi ilə məşğuldur.

Sübhan Londondakı "Splento Ltd" şirkətinin (qeydiyyat № 09595739) Biznesin İnkişafı Departamentinin direktorudur. O, həm də şirkətin 40 səhmdarından biridir. Peşəkar fotoçəkiliş xidmətləri göstərən şirkətə qoşularkən S. Məmmədli yaşayış yeri kimi Quinstoun Yolu, Camellia House apartamentindəki 24 nömrəli mənzili göstərmişdi. Britaniya mənbələrinə görə, 2018-ci ilin mayında bu mənzil üçün 1.250.000 funt və ya 2,7 mliyon manat ödənilib.

Səlim Müslümovun gizli mülkləri 

Keçmiş əmək naziri Səlim Müslümov yola salındıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan böyük həcmdə vəsaitin  yoxa çıxdığı aydın olub. Daxil olan məlumatda söhbətin bir neçə milyard manata qədər vəsaitdən getdiyi deyilir. Bildirilir ki, uzun illər boyu qurulmuş mexanizm əsasında yoxa çıxarılan məbləğ 2-2,5 milyard, hətta daha böyük məbləğdir. İddialara görə, mexanizm bir neçə ay əvvəl Fondda aparılan yoxlamalar zamanı üzə çıxarılıb. Onun detallarının dəqiqləşdirilməsi, həmçinin qeyd olunan mexanizm üzrə hesablamalar aparılıb. Nəticə o qədər ilginc olub ki, birbaşa ölkə rəhbərliyi məlumatlandırılıb və hətta vəsaitin hara xərcləndiyi, necə mənimsənildiyi ilə bağlı araşdırmalar başlayıb. Bu ciddi fakla bağlı artıq Dövlət Təhlükəsizlik Xidmətinin də işə qarışdığı, Səlim Müslümov və yaxın ətrafının dindirildiyi bildirilir.

Səlim Müslümovun əlillər üçün tikilən mənzilləri başqa şəxslərə və saxta əlillərə satması ilə bağlı da ilginc məlumatlar var. cianews.info  2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Xətai rayonu, N.Tusi küçəsi-63 (Neapol və Ukrayna dairələrinin kəsişməsi) ünvanda 1.7 ha sahədə əlillər üçün 2 ədəd 1 girişli 15 mərtəbəli yaşayış binası tikilib. Tikintini tenderdə keçmiş nazirin örtaqlığı olan "Amal 2015"MMC udub.Həmin şirkət isə keçmiş nazirin yaxın qohumları və dostlarına aiddir. Şirkətdə qeyri- rəsmi ortaqlığa malik olan Səlim Müslümov əslində şirkətin sahibidir.Tikintinin aparılmasında "Amal 2015"MMC ilə yanaşı icraçı şirkət kimi "Konstruktor" MMC şirkətinin də adı hallanır. Bu şirkətlə bağlı isə ciddi faktlara rast gəlinmir. Səlim Müslümov və adamlarının törəmə şirkətlər yaradaraq dövlət büdcəsindən ayrılan milyonlarla vəsaiti mənimsədiyi az deyimiş kimi dövlət hesabına, əlillər üçün tikilən bu mənzillər sonradan kənar şəxslərə satılaraq Səlim Müslümövun hesabına milyonlar axıdılıb. 
Analoji hal bundan əvvəl də baş vermişdi. 2015-ci ilin dekabr ayında prezidentin gözdən əlilərə təqdim etdiyi mənzil orderləri ilə bağlı fırıldaqların olduğu sonradan ortaya çıxmışdı. ƏSSM tərəfindən gözdən əlillər üçün tikilən mənzillər pul ilə satılmışdı. Bir necə şəxsə 2-3 dəfə mənzil verilməsi qarşılığında 15-35.000 manat arası rüşvət alındığı sübuta yetirilmişdi. 
Əvvəllər mənzil bölgülərinə İcra hakimiyyəti nəzarət edirdisə, sonradan nazir Səlim Müslümovun icra orqanlarında kütləvi şəkildə rüşvətə qarşı tədbir adı ilə mənzilərin paylanılmasını və nəzarət edilməsini öz yaxın adamlarına tapşırılmışdı. Öz adamlarının isə nəzarəti zamanı görsənən mənzərə heç də əvvəlkindən fərqli olmamışdı. Əvvəlki rüşvət alma prossedürlərindən də artıq şeylər baş vermişdi. Əvvəl bir adamdan bir dəfə rüşvət alıb mənzil verirdilərsə bunun əksi baş vermişdi. 1992 ildən növbə gözləyən əlillər evlə təmin edilməmiş. Amma 2-3 hətta 4 mənzillə sahib olan bəzi ailələrə və saxta əlillərə rüşvət müqabilində bir neçə ev verilmişdi.
Qeyd edək ki, DSMF sistemində mənimsəmə, maliyyə qanunsuzluqları faktları Hesablama Palatası və hüquq-mühafizə orqanları tərəfindən zaman-zaman üzə çıxarılıb. Hesablama Palatasının açıqladığı məlumatlardan aydın olur ki, Fondun müxtəlif şöbələrində məcburi dövlət sosial sığorta haqları üzrə proqnozların tam icra edilməməsi, sahibkarlıqla məşğul olan fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyalarının hesablanılmasının düzgün həyata keçirilməməsi, əsas fəaliyyət növünün düzgün uçota alınmaması, fiziki şəxslərlə hesablaşmaların düzgün aparılmaması səbəbindən məcburi dövlət sosial sığorta haqlarının az hesablanması faktları qeydə alınıb. Bundan əlavə, aşkarlanan faktlar arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sosial sığorta nömrələrinin verilməməsi və ya verilmiş sosial sığorta nömrələrinin fərdi uçot bazasına işlənilməməsi səbəbindən yığım hesabına toplanmış vəsaitin müvafiq hesabatlara daxil edilməməsi, şöbələr tərəfindən əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanılması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmaması, işləməyən əlil kimi əmək pensiyasını tam məbləğdə alan, lakin faktiki sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və fiziki şəxslərin işçlərinə artıq pensiya ödənilməsi kimi hallar var.

Ötən illərdə həmçinin Fondun Goranboy və Laçın şöbələrindəki irihəcmli korrupsiya və mənimsəmə faktları üzrə cinayət işi qaldırlıb. S.Müslümovun sədr olduğu dövrdə aparılan araşdırmalar göstərib ki, DSMF Goranboy rayon şöbəsində ilyarımdan az müddətdə mövcud olmayan şəxslərə dair ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə əsas verən sənədləri saxtalaşdırılmaqla 310 min 663 manat məbləğində vəsait mənimsənilib. Təxminən eyni faktlar Laçın rayon şöbəsində də aşkarlanmışdı.

Bundan əlavə, son aylarda mətbuatda Sosial Müdafiə Fondunun bir neçə şöbəsində Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən yoxlamalar aparıldığına dair məlumatlar yer alıb. Belə şöbələrdən biri kimi Suraxanı rayon şöbəsinin adı çəkilib, yoxlamaların şöbənin sabiq əməkdaşlarının şikayəti əsasında başladıldığı, daha sonra məsələnin böyüyərək Fond və nazirlik rəhbərliyinə qədər uzandığı qeyd olunub.

Baş verən bu rüşvət pramidasının başında dayanan Səlim Müslümov nazir olduğu dövrdə qeyri-qanuni olaraq milyardlarla sərvətə sahib olub. Ayrı-ayrı ərazilərdə çoxlu sayda dəyəri milyonlarla ölçülən bahalı villalar tiktirib. İddialara görə, o, xarici dövlətlərdə də bahalı mülklərə sahibdir və bank hesabları var.

AZAL prezidenti Cahangir Əsgərovun sərvəti

✈ Batumidə 31 milyon dollar dəyərində "GRAND GLORIA" hoteli;
✈ Tiflisdə dəyəri milyonlarla dollar olan "TİFLİS PALACE" hoteli;
✈ Tiflisdə bahalı "Veranda" restoranı;
✈ Sahəsi 12.500 kvadrat metrdən artıq Gazelli kosmetika fabriki; ərazidə "Vəhsudan düşərgəsi";
✈ Naftalanda "Garabag Resort and Spa" 5-ulduzlu otel və müalicə mərkəzi;
✈ İsmayıllı rayonu, Bədo Bulağının yaxınlığında, 8 hektarlıq ərazidə "Vəhsudan düşərgəsi";
✈ Nabranda 30 ha sahədə villa;
✈ Qala qəsəbəsində 265 ha badam bağı;
✈ "Premium Bank" ASC-də (keçmiş "Silkyway") səhmlərin 29,085 faizi;
✈ Sahəsi 12.500 kvadrat metrdən artıq Gazelli kosmetika fabriki;
✈ SOROKA LIMITED (Londonda);
✈ Londonda 18.4 milyon dollar aktivləri olan "GAZELLI INTERNATIONAL LIMITED" şirkəti;
✈ Londonda 41 milyon dollar aktivləti olan GAZELLI ART HOUSE LIMITED;
✈ Gürcüstan, Azərbaycan, Ukrayna və Türkiyədə "GAZELLİ" gözəllik və masaj salonları şəbəkəsi;
✈ Londonda "C3 - CIII LIMITED" şirkəti
✈ Türkiyədə "D.M.Z.D.TEKSTİL DIŞ TİCARET LİMİTED" şirkəti;
✈ Londonda "SET INTELLIGENCE LIMITED" şirkəti;
✈ Azərbaycanda "GAZELLİ GROUP"
✈ İtalyan kürəkəni Ignazio CORACI-nin direktoru olduğu AIRPORT SERVICING COMPANY LIMITED törəmə şirkəti (Londonda);
✈ İtalyan kürəkəninə aid ASC HANDLING ITALIA LIMITED (Londonda);
✈ Yenə Londonda italyan kürəkəninin direktoru olduğu CARGO INVEST LIMITED şirkəti;
✈ ASC HANDLING LIMITED (Londonda);
✈ AS582 LIMITED (Londonda);
✈ Londonda kürəkəninin direktoru olduğu AVIATION SERVICING COMPANY LIMITED" şirkəti (əvvəlki adı AZERBAIJAN AIRLINES UK LIMITED, aktivləri1 milyon dollardan artıq);
✈ ICLEVERWEB LTD (Londonda);
✈ SILKWAY (UK) LTD (keçmiş adı EURASIAN CARGO LIMITED);
✈ Almaniyada HAHN CARGO SERVICES GmbH törəmə şirkəti (illik dövriyyəsi 4.83 million dollar);
✈ İngilis kürəkəni ROBERT NORTONUN direktoru olduğu VERISART LIMITED (London);
✈ İngilis kürəkəni ROBERT NORTONUN direktoru olduğu VERISART LIMITED (London);
✈ SEDITION LIMITED (London).Cavanşir Həsənli 

Vəzifədən uzaqlaşdırılan generalın milyonluq biznes SİYAHISI

Azərbaycan Ordusunun sabiq birlik komandiri general-mayor Xəqani Cəbrayılovun biznesinin siyahısı üzə çıxıb.
demorkat.az  bildirir ki, sabiq birlik komandirinin Sumqayıt və Xızı ərazilərində böyük fermaları, restoran və kafeləri fəaliyyət göstərir.
Xəqani Cəbrayılovun bizə məlum olan biznes siyahısını oxuculara təqdim edirik:
- Sumqayıt şəhərində restoran, kafe və marketləri;

- Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində restoran;

- Xızı rayonunun Şorabad kəndi və Yaşma qəsəbəsi ərazilərində hektarlarla sahəni əhatə edən donuz ferması;

- Xızı rayonunun Altıağac qəsəbəsi ərazisində torpaq sahələri və istirahət mərkəzi;

- Xızı rayonu ərazisində heyvandarlıq təsərrüfatı.
Xəqani Cəbrayılovun ölkə xaricində də biznesinin olduğu haqda məlumatlar var.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.Onu da bildirək ki, Xəqani Cəbrayılov Orduda general-leytenant Rövşən Əkbərovun yaxın adamı kimi tanınır.

Daim sərvəti ilə gündəmə gələn sabiq vergilər naziri Fazil Məmmədov mülklərini satışa çıxarıb.
Hazırda Şəmkirdəki malikanəsində yaşayan və səhhəti normallaşan F. Məmmədov bu rayondakı bütün obyektlərini satır. Artıq sabiq nazirin məşhur "Ekselsior" (Excelsior) otel şəbəkəsini satdığı da iddia olunur.

Bu günlərdə Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudovun Şəkidə otel kompleksi tikməsi ilə bağlı məlumat yayılıb.

Abid Şərifov faktı təsdiqləyib. O bildirib ki, Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən istismara verilən "Şəki Park" oteli nəvəsinə məxsusdur:

"Nicat mənim qızımın oğludur. Şəkidə tikinti edib. Amma ona otel demək olmaz. Üç mərtəbəli yataqxana tipli bir yerdir. Yazıldığı qədər böyük bir kompleks deyil. Bunu böyütmək nəyə lazımdır?"

Qeyd edək ki, "Səki Park" otel dörd mərtəbəli binadan və ümumi sahəsi 5200 kvadrat metrdən çox olan 1,2 və 3 otaqlı koteclərdən ibarətdir. Burada qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz və bir çox digər istirahət obyektləri var.

***

Şərq nağıllarında deyilir ki, varlıların topladığı sərvətin üstündə  qızıl ilan yatır. Heç kim  o sərvətə yaxın düşə bilmir, əlini uzatsa ilan yuxudan oyanıb onu öldürəcək.  Bizim məmurların sərvəti də eynilə toxunulmazdı, bitmək bilməyən nəfsləri qızıl ilana dönüb kimsə ilə paylaşmadıqları varidatını qoruyur. Amma zaman gəlir ki, sərvətin üstündə yatan ilan nəfsi öz sahibini sancıb cəhənnəmə vasil edir. Bu gün həbsxanalarda gününü günə calayan keçmiş məmurlar öz "ilanlarının" qurbanıdırlar.

Sərlövhədə yazılan ritorik sualın cavabı isə belədi: öz cəhənnəmlərində yanmağa gedir (miş)lər...

Selcan Xatun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31