Azərbaycan hərbi dənizçiləri Pakistanda keçirilən təlimlərdə iştirak edir
11 Fevral 2021 16:20 SosialAzərbaycan Hərbi Dəniz Qüvvələrinin zabitləri Pakistan İslam Respublikasının Kəraçi şəhərində və Ərəb Dənizi sektorunda keçirilən "AMAN-21" çoxmillətli Hərbi Dəniz Qüvvələri təlimində müşahidəçi qismində iştirak edirlər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat evrilib.
30-dan çox ölkənin Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər fevralın 16-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31