“Sərhədyanı ərazilərdə Azərbaycan hərbçiləri və bayraqları olmamalıdır” – Tatoyan
11 Fevral 2021 15:32 Sosial"Sünik (Zəngəzur - red.) vilayətinin icmalarında və ya icmaları birləşdirən yollarda Azərbaycan silahlı hərbçilərinin, bayraq və işarələrin olması istisna edilməlidir".
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın ombudsmanı Arman Tatoyan öz "Facebook" hesabında yazıb.
- Advertisement -
"Azərbaycan hərbçilərinin iştirakı ilə Ermənistanın sərhəd sakinlərinin hüquqları kobud şəkildə pozulur və ya ciddi təhlükə altındadır. Buna görə də, nə olursa olsun, varlıqları və ya başqa hərəkətləri beynəlxalq hüquqdakı insan hüquqları sisteminin əsaslarına ziddir", - Tatoyan qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31