ANAMA: 1 507 hektar ərazi yoxlanılıb

Ötən ilin sentyabrın 27-dən etibarən zərərsizləşdirilən minaların sayı açıqlanıb.

Bu barədə Olaylar.az xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Qeyd olunub ki, 27 sentyabr tarixindən etibarən aparılmış minatəmizləmə əməliyyatları zamanı 15 075 602 kv.m (1 507 ha) ərazi yoxlanılıb, 8 972 ədəd piyada və tank əleyhinə minalar, 6 569 ədəd partlamamış hərbi sursatlar aşkar olunaraq zərərsizləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31