5 siyasi partiya maliyyə hesabatını təqdim edib

Siyasi partiyalar 2020-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyə başlayıblar. "Olaylar"ın məlumatına görə, dövlət qeydiyyatından keçmiş 62 partiyadan 5-i artıq maliyyə hesabatını MSK-ya təqdim edib. Sözügedən partiyalalar Yeni Azərbaycan Partiyası, "Azərbaycan Mübarizləri" Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası və Azərbaycan Liberal Partiyasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31