Salyanda nişan mərasimi keçirənlər cərimələnib
11 Fevral 2021 13:53 SosialSalyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən "Olaylar.az"a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayonun Noxudlu sakini Əziz Əliyevin yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə nişan mərasimi təşkil etdiyi müəyyən edilib.
Məclisin təşkilatçısı və iştirak edən 9 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31