Vilayət Eyvazov bu rayona yeni rəis təyin etdi
11 Fevral 2021 13:49 SosialAstara rayon Polis Şöbəsinə yeni rəis təyin edilib.
Olaylar.az Unikal.org-a istinadən məlumatına görə, bununla bağlı Daxil İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Azər Cəfərov Astara RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, o, bu təyinatadək Qəbələ RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31