Vəkillərdən telefon alınmayacaq

Vəkillər Kollegiyası ilə Nəsimi Rayon Məhkəməzi razılığa gəldi

"Uzun müddət ərzində Nəsimi rayon Məhkəməsində vəkillərdən telefonlarının alınması problemi nəhayət ki,  bu gündən etibarən öz qanuni və ədalətli həllini tapdı". "Olaylar" xəbər verir ki, bunu Fosebook hesabında qeyd edən Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov qeyd edib ki, aparılan danışıqlar, müzakirələr müsbət nəticələndi: "Məlum olduğu kimi bundan öncə Bakı Kommersiya Məhkəməsinin yeni sədri də telefon qadağasını ləğv etmişdi. Bu məsələdə bizə dəstək verən hər kəsə təşəkkür edirəm. Hörmətli həmkarlar,  çox sağ olun ki, səbrli oldunuz, bu problemin həllində Rəyasət Heyətinin rəhbərliyinə və şəxsən mənə  qüvəndiniz".

Vəkillər Kollegiyasının sədri həmkarlarına müraciət də edib: "Hər birinizdən tək bir xahişim var: məhkəmə prosesi zamanı telefondan  istifadə etməyin, elektron cihazları söndürün. Hec kəsə şikayət, narazılıq üçün bəhanə verməyin. Hər birinizə çətin işinizdə bir daha uğurlar arzulayıram, nə probleminiz olsa birbaşa müraciət etməyinizi rica edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31