"Məni açıq-saçıq şəkillərimə görə tanıdılar" - Dilarə

Müğənni Dilarə Kazımova bütün pullarını layihələrinə xərcləməsindən danışıb.Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Xəbər-ətər" proqramında qonaq olarkən deyib. Dilarə bildirib ki, evini təmir etdirə bilmir: "Hər dəfə deyirəm ki, evi təmir etdirib, amma qalır. Əlimdə olan pulu layihələrimə xərcləyirəm. Deyirəm, bunu da təqdim edim növbəti dəfə evə xərcləyərəm. Beləcə, 4 ildir evimi təmir etdirə bilmirəm".Dilarə açıq-saçıq geyimlərindən söz açıb. O deyib ki, tamaşaçı onu daha çox bu cür geyimlərdən sonra tanıyıb:"Həmişə deyirlər ki, niyə belə açıq-saçıq geyinirsən. Axı, sənin gözəl səsin var? Açıq-saçıq geyinəndən sonra daha da məşhur oldum. Bu, məndən asılı deyil, obrazdır. Şəkillər də məqsədəuyğun çəkilir. Qapalı fotolar bəyəni yığmır. Dekolteli şəkillərə isə reaksiya çox olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31