Magistraturaya sənəd verən bakalavrların sayı açıqlanıb
11 Fevral 2021 13:08 Sosial2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd verən bakalavrların sayı açıqlanıb.
Olaylar.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ümumilikdə 3610 bakalavrın sənədi təsdiq edilib, onlardan 3254-ü Azərbaycan, 356-sı isə rus bölməsindəndir.
Qeyd edək ki, DİM fevralın 9-dan 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu elan edib. İmtahanda iştirak etmək istəyən bakalavrlar fevralın 18-i saat 23:59-dək sənəd verə bilərlər.
Xatırladaq ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-də keçiriləcək. Magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur.