Ölkədəki antimilli məmurlar korpusu

Onlar "tərksilah" edilib, həbslə cəza almalıdırlar

44 günlük müqəddəs Vətən müharibəsi dövründə qınına qısılan, səs çıxarmağa belə cürət etməyən "5-ci kolon" yenidən dirçəlib. Sanki mövsüm dəyişikliyinə xas olaraq həmin qüvvələr cücərməyə, ətrafa çamur atmağa, dövlətçilik və milli maraqlara zidd fəaliyyətlər ortaya qoymağa başlayıblar. Artıq vəziyyət elə bir ciddi xarakter alıb ki, parlamentarilər də "5-ci kolon"un təhlükələrindən bəhs edirlər. Belə ki, bu günlərdə Milli Məclisin deputatı Vahid Əhmədov yerli mətbuata verdiyi müsahibəsində bu təhlükələrdən bəhs edib. Belə ki, millət vəkilinin ölkəmizdə "hakimiyyət çevrilişi" vurğulu çıxışı, cəmiyyətimizdə ciddi reaksiya və mediada, sosial şəbəkələrdə də müzakirələr doğurub. Deputat bildirib: "Azərbaycanda təmizlənmə prosesi getməlidir. Onu diqqətə çatdırım, Qarabağda rus sülhməramlıları yerləşdiriləndən sonra Azərbaycanda "5-ci kolon" dirçəldi və sanki ikinci bir dəfə nəfəs verildi. "Böyüklərilə" məsləhətləşmələr aparıb, ölkədə bir çox oyunlar qurmağa başladılar. Kifayət qədər pullu və gücülülər dövlət çevirilişi niyyətinə düşdülər".

Məsələ ilə bağlı fikirlərini bölüşən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay deyib ki, Rusiyanın bütün postsovet məkanı respublikalarının hakimiyyəti, müxalifəti və cəmiyyətinin içində, onun imperiya maraqlarına xidmət edən "5-ci kolon" şəbəkəsi var. Mərkəz sədri hesab edir ki, bu, onun sovetlər dağılandan sonra müstəqilləşmiş dövlətləri öz təsirində və təhdidində saxlamaq üçün mühüm vasitələrdən birisidir: "Rusiyanın bu "kolonları" əsasən də, 3 Cənubi Qafqaz respublikasında hər zaman güclü olub. Son illər bir qədər zəifləsə də, Azərbaycanda hələ müvazinətini saxlamaqdadır. Ancaq, burada bir məsələ var ki, yəni, belə bir təhlükə sağlam fikirli ehtiyatlımı, ya ictimai təşviş, qarışıqlıq, səviyyəsində narahat olma həddindədir? Mən ölkəmizin təhlükəsizlik məsələsini daim diqqət və nəzərdə saxlayan insan kimi öz müşahidə və analizimlə, fikrimi bildirim. Bizdəki bu "çevriliş" söhbəti bu saatkı dövr real narahatedici, təşviş vahiməli təhlükə yox, dövlətimiz, xalqımız tərəfdən anındaca önlənə bilən ehtiyatedici ehtimal dərəcəsindədir. Niyə?  Çünki bizim dövlət başçısı kifayət qədər həm hərbi, həm siyasi cəhətdən təkmil bir liderdir ki, belə bir çevriliş reallığı olan halda həm öz daxili hakimiyyət, həm xalq-cəmiyyət, həm xarici Azərbaycantərəfli ölkələr, qüvvələr dəstəyini cəmləyib, işə salıb belə bir halın qarşısını alsın. Özü də ki, sərt. Bizim yenicə müharibədən çıxmış igid ordumuz və XTQ, xüsusi xidmət, təhlükəsizlik orqanları da, buna təlim, təkmilli hazırdır".

İlqar Altayın sözlərinə görə, bizim xalqımız, cəmiyyətimiz 44 günlük müharibədə göstərdi ki, kifayət qədər vətən və milli mənafe sevərdir: "Çətin vətən anında, ölkənin rus imperiyası təsiri sıxıntısından qopub müstəqilliyi, xalqın qüruru və milli özünütəsdiq kimi çətin, risqli amma, qəti, çürətli yol götürmüş öz prezidentinin sıx yanında olsun, ümummilli təhlükədə. Yəni, təşviş və həyacan, stresə varmayaq, ancaq bununla belə biz bu gün təbii ki, bir dəqiqə belə arxayınlaşmayaraq nəzəri, ehtimallı təhlükələrə qarşı belə, ehtiyatı əldən verməməliyik. Ölkədə və xüsusən də dövlət hakimiyyəti içində az ya çox dərəcədə hakimiyyət və resurs imkanlı, Azərbaycanı istəməyən təzyiq təhdidli dövlətlərin qarşısında öhdəlikli olan məmurlar, onların "5-ci kolon" şəbəkəsinin olması, dövlətimiz, xalqımız, ölkəmizin suverenliyi üçün daim təhlükə mənbəyidir. Ölkə və dövlət üçün belə davamlı olmaz. Biz, Tanrının və talenin bizə bəxş etdiyi dövlət müstəqilliyi kimi tarixi şansımızı boş dayanıb əldən verə bilmərik ki, bizi yenə də 100 illərlə imperiya sıxıntısı altında saxlama niyyətli dövlət gətirib öz Köçəryan, ya Muradov tipli buxovunu vətənimizin boynuna keçirtsin. Qəti yox. Burada iki yol var, fikrimcə. Ya, həmin məmurlar "silahı" yerə qoyub, təslim olub, Prezident və Xalq qarşısında günahlarını etiraf etməklə istefa verməli, qeyri-qanuni topladıqları vəsait və varidatı dövlətə və xalqa qaytarmalıdırlar. Ya da, vətənsevər dövlət və xalqın birliyində necə, Qarabağ işğalı üzərinə gedildi, elə də bütün antimilli məmurlar, qüvvələrin üzərinə gedilib "tərksilah" edilib, həbslə cəza almalıdırlar. Onlar bilməlidir ki, tutduqları yol hüquq və vicdanla, vətənə xəyanətdir".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31