Vilayət Eyvazov sabiq rəisi işdən çıxardı
11 Fevral 2021 11:12 SosialDaxili İşlər orqanlarında növbəti dəyişiklik olub.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin İnzibati Təcrübə üzrə Baş inspektoru, polis polkovnik-eytenantı Tofiq Quliyev işdən çıxarılaraq, sərəncama götürülüb.
Qeyd edək ki, T.Quliyev bundan öncə Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi olub. O, rayon ərazisində dayanma-durma, parklanma qaydalarının tez-tez pozulması, bunun nəticəsində isə yollarda tıxac yaranmasına görə, vəzifəsindən azad olunmuşdu. (unikal.org)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31