"ASAN xidmət"in əməkdaşı hakim təyin edildi - FOTO

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin Daxili hüquqi tənzimləmə sektorunun baş məsləhətçisi Orxan Xaqani oğlu Həsənov işdən çıxıb.

Olaylar.az Report-a istinadən xəbər verir ki, onun işdən çıxması Bakı İnzibati Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi ilə əlaqədardır.

Xatırladaq ki, O.Həsənov Azərbaycan Prezidentinin 3 fevral 2021-ci il tarixli sərəncamı ilə Bakı İnzibati Məhkəməsinin hakimi təyin edilib.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31