Ötən il sahibkarlara 126.9 milyon manat güzəştli kredit verilib

2020-ci ildə Sahibkarlığın İnkişafı Fondu (SİF)  tərəfindən sahibkarlara müvəkkil kredit təşkilatları vasitəsilə layihələrin ümumi dəyəri 397 milyon manat olan 908 investisiya layihəsinin maliyyələşdirilməsinə 126.9 milyon manat güzəştli kredit verilib. İqtisadiyyat Nazirliyindən "Olaylar" bildirilib ki, bu kreditlər hesabına 2700-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Kreditlərin 57%-i aqrar sektorun (istehsal və emal), 43%-i sənaye məhsullarının istehsalı və emalı və digər sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərin 79%-i regionların, 21%-i isə Bakı qəsəbələrinin payına düşür. Güzəştli kredit alanların 99%-dən çoxu mikro, kiçik və orta sahibkarlıq, 1%-dən az hissəsi isə böyük sahibkarlıq subyektləridir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31