Yanvarda 195-2 Çağrı Mərkəzinə 2300-dən çox müraciət olub
10 Fevral 2021 16:14 Sosial2021-ci ilin yanvar ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 2300-dən çox müraciət daxil olub. Nazirlikdən "Olaylar"a bildirilib ki, müraciətlər əsasən, istehlakçıların hüquqlarının qorunması, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin, investisiya təşviqi və təsdiqedici sənədlərin, lisenziyaların verilməsi mexanizmləri, pandemiyadan zərər çəkən sahibkarlara dövlət dəstəyinin göstərilməsi, həmçinin Nazirliyin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib. Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.
Qeyd edək ki, 195-2 Çağrı Mərkəzi ilə stasionar və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan zənglər və 195-2 Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.