Əhaliyə sosial təminat üzrə 486,9 milyon manat vəsait ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayında ümumilikdə 2,3 milyon şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, həmin sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 11,9% və ya 51,8 milyon manat çox olmaqla  486,9 milyon manat vəsait ödənilib. Onu da bildirək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən cari ilin əvvəlindən pensiyaların ötən ilin orta aylıq əməkhaqqının illik artım tempinə uyğun şəkildə 11,4 % indeksləşdirilərək artırılması təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31