Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan - Iberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Meksikanın "ESFERANOTİCİAS" xəbər saytına bildirib.
25-26 fevral 1992-ci il tarixlərində Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ bölgəsindəki Xocalı qəsəbəsinə daxil olaraq, 63 uşaq da daxil olmaqla 613 azərbaycanlı soydaşımızın qətlini əhatə edən insanlığa qarşı cinayət hesab edilən vəhşiliklər törətdi.
1992-ci ildən bu günə qədər həyatın müdafiəsi, insan haqlarına hörmət etmə ehtiyacı və xalqların şüurunda səslənən davamlı bir zəng kimi Xocalı Soyqırımı xatırlanır.
Azərbaycan yenə də Ədalət üçün çağrış edir!
