Bakıda transformator yanıb

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 40 kv.m olan tikilinin ondulindən ibarət dam örtüyü 20 kv.m sahədə və içərisində 1 ədəd transformatorun yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, tikilinin qalan hissəsi və digər transformator yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31