Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun atası ilə görüşüb
10 Fevral 2021 11:50 SosialAmid Heydərov 2016-cı ilin Aprel döyüşlərində də mərdlik və peşəkarlıq nümayiş etdirib, vaxtından öncə kapitan rütbəsi alıb. 2020-ci ilin may ayında isə ona mayor rütbəsi təqdim olunub və "N" saylı hərbi hissənin komandiri təyin edilib. Vətən Müharibəsi başlayınca döyüşlərə ilk qatılan zabitlərden biri olan mayor Amid Heydərov, Cəbrayılın alınmasında qəhramanlıqla döyüşüb və şəhid olub.
Tankçı oğlunuz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə "Vətən Müharibəsi Qəhrəmanı" yüksək adına layiq görülüb. Qəhrəmanımız həmçinin "Vətən uğrunda", "Cəbrayılın azad olunmasina görə" medalları ilə təltif olunub.
Amid Heydərov kimi qəhrəman zabitlərimizlə hər zaman qürur duyacağıq!
O əfsanəvi sərkərdə Həzi Aslanovu özünə kumir seçmişdi və onun kimi tankçı oldu, qəhrəman oldu, şöhrət qazandı, adı ürəklərə yazıldı. Hər iki qəhrəmanımızın ruhu şad olsun!
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Tarixi zəfər münasibəti ilə Sizə Mədəniyyət Komitəsi adından bir daha təbrik və təşəkkürlərimizi yetirirəm"!
Şəhid Qəhrəmanın atasına Komitə adından Məktub təqdim edilib.