Vaqif Mustafayevin "Sadə Həqiqətlər" verilişi bağlandı

Space Televiziyasının sabiq rəhbəri, kinorejissor Vaqif Mustafayevin daha bir layihəsinin yayımı dayandırılıb.

Olaylar.az xəbər verir ki,V.Mustafayevin müəllifi olduğu "Sadə Həqiqətlər" verilişi Space kanalında yayımlanmayacaq. Kinorejissorun son verilişinin qonağı millət vəkili Fazil Mustafa olub. V.Mustafayevin Space Televiziyasının rəhbəri vəzifəsindən azad olunmasından sonra çəkilən həmin veriliş də efirə verilməyib.

Qeyd edək ki, "Sadə Həqiqətlər" verilişi hər həftənin cümə günü saat 22:00-da Space Televiziyasında yayımlanırdı.(unikal.org)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31