Yolu keçən qadını maşın vurub

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb. "Olaylar" xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Mustafayeva Ramina Süleyman qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31