Qənirə Paşayeva qəhrəman şəhidimiz Əliqismət Yaqublunun atası Mükafat Elşad oğlu Yaqubovla görüşüb

MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva qəhrəman şəhidimiz Əliqismət Yaqublunun atası Mükafat Elşad oğlu Yaqubovla görüşüb.

Sizin oğlunuz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda edib. İşğalçı düşmən üzərində qələbəyə görə təbrik və təşəkkürü ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Əliqismət 2016-cı il Aprel döyüşlərində də iştirak edib. Vətən Müharibəsi başlayınca döyüşlərə atılaraq, Murovdağ, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa istiqamətindəki döyüşlərdə qəhrəmanlıqla iştirak edib.

Oğlunuz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq, rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə "Azərbaycan Bayrağı" yüksək ordeni ilə, habelə "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Əliqismət kimi zabitlərimizlə hər zaman qürur duyacağıq!

Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Tarixi zəfər münasibəti ilə Sizə Mədəniyyət Komitəsi adından bir daha təbrik və təşəkkürlərimizi yetirirəm"!

Şəhidin atasına Mədəniyyət Komitəsi adından Məktub təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31