ÜST: 1 milyon insan siqaret tüstüsünün yaratdığı xəstəliklərdən ölür

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, hər il siqaret çəkənlərin ölüm sayı 7 milyondursa, tüstünün yaratdığı xəstəlik səbəbindən ölənlərin sayı isə 1 milyondur.

Olaylar.az xarici KİV-nə istinadən  xəbər verir ki, dünyada siqaret çəkənlərin sayı 1 milyardı ötüb. Təşkilatın verdiyi məlumatda qeyd edilir ki, hər il 1 milyondan çox insan siqaret tüstüsünün səbəb olduğu müxtəlif xəstəlikdən vəfat edir. Bundan başqa hər il 65 mindən çox uşaq siqaret tüstüsünün yaratdığı xəstəlik səbəbindən vəfat edir.

Qeyd edək ki, siqaretlərin çoxu Kiribati, Çernoqoriya və Yunanıstanda çəkilir.

 Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31