Şəkidə çoban intihar etdi
9 Fevral 2021 14:40 SosialŞəkidə intihar hadisəsi baş verib.
Olaylar.az xəbər verir ki, hadisə rayonun Sarıca kəndində qeydə alınıb.
Belə ki, Oğuz rayonunun Qarabulaq kənd sakini, 1989-cu il təvəllüdlü Rameş Elcan oğlu Babayevin meyiti Sarıca kəndində yol kənarında ağacdan asılı vəziyyətdə aşkar edilib.
32 yaşlı Rameş Babayevin Sarıca kəndi ərazisində təsərrüfatların birində çoban işlədiyi bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
(report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31