Deputatlarımız ATƏT PA-nın qış sessiyasına qatılacaqla
9 Fevral 2021 12:48 SosialATƏT PA-nın qış sessiyası fevralın 24-26-da Vyanada keçiriləcək. "Olaylar" xəbər verir ki, Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti qış sessiyasına onlayn qatılacaq. Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev bildirib ki, birinci dəfədir ki, qalib xalqın nümayəndəsi, işğala son qoyaraq ərazi bütövlüyünü öz gücü ilə bərpa etmiş qüdrətli bir dövlətin təmsilçisi kimi ATƏT PA-nın rəsmi sessiyasında iştirak edəcəyik: "Buna görə Ali Baş Komandana, Ordumuza və xalqımıza minnətdarıq. 44 günlük Vətən müharibəsində bütün dünya Azərbaycan dövlətinin və xalqının qələbə simvoluna və birliyinə çevrilən "Dəmir yumruğ"un gücünü və əzəmətini gördü. Bu böyük fəxarətdir. Son vaxtlarda keçirilən onlayn konfranslarda Azərbaycana qarşı qərəzli münasibətin dəyişdiyi hiss olunur. Azərbaycana hörmət daha da artıb. Dövlətimizin yaratdığı yeni geosiyasi reallığı artıq hamı qəbul edir və onunla hesablaşırlar. Bu da onu göstərir ki, beynəlxalq aləm ATƏT tarixində ərazi bütöblüyünü öz gücü ilə bərpa edən ilk ölkə kimi Azərbaycanın təcrübəsini unukal bir təcrübə kimi nəzərdən keçirir və beynəlxalq hüququn yaşadığı hazırkı böhranın nəyə gətirib çıxaracağının fərqindədirlər. Gerçəklik odur ki, güc hər şeyi həll edə bilir. Nə qədər haqlı olsaq da, münaqişəyə ədalətli yanaşma tələb etsək də, yalnız "dəmir yumruq" hesabına ədaləti bərpa etdik".
Millət vəkili süssiyada Xocalı soyqırımı məsələsini gündəmə gətirəcəklərini bildirib: ""29 ildir ki, Xocalı soyqırımı ilə bağlı beynəlxalq tribunada ədalət tələb edirik. Təbii ki, budəfəki sessiyada da Xocalı soyqırımı məsələsini qaldıracağıq. Bunu törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını bir daha səsləndirəcəyik. Bu dəfə qalib dövlətin vətəndaşı, qalib parlamentin üzvü kimi bunları edəcəyik".