Ermənistanın baş prokuroru qanunsuz şəkildə Qarabağa gəlib

Ermənistanın baş prokuror Artur Davtyan Azərbaycanın separatçıların nəzarəti altında olan Qarabağ bölgəsinə qanunsuz səfərə gəlib.

Olaylar.az xəbər verir ki, o, Xankəndində separatçı rejim qalıqlarının başçısı Araik Arutyunyanla görüşüb.

Onlar müharibəsonrası dövrdə insan fəaliyyətinin müdafiəsinə yönəlmiş dövlət institutlarının fəaliyyətinin təşkili, qondarma "DQR" vətəndaşlarının hərəkətetmə, ərazidəki "qanuniliyin" təmin edilməsi və s. məsələləri müzakirə ediblər. report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31