Oğlan və qız neçə yaşda evlənməlidir?- Psixoloq açıqladı

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı bölgələrinin birində 11 yaşlı qızla 15 yaşlı oğlanın nişan mərasimini əks etdirən görüntü sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələrə səbəb olub.

Olaylar.az xəbər verir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, erkən nikah dövrümüzün həllini tapmayan problemlərindəndir:

"Hazırda Azərbaycanın xüsusilə cənub bölgəsi başda olmaqla, bir çox regionunda eyni hal yaşanmaqdadır. Həmin regionlara baxdıqda görünür ki, qadınların nikah yaşı 18 yaşın altındadır. Halbuki dövlət rəsmi nikah yaşını 18 olaraq təyin edib.

Qadınlar üçün 22-24, kişilər üçün isə 26-28 yaş normal nikah yaşı sayılır. Ancaq bu o demək deyil ki, qızlar və oğlanlar məhz bu yaş aralığında nikaha daxil olmalıdır. Əgər bir insan maddi, fizioloji, psixoloji olaraq nikaha hazır deyilsə, yaşından asılı olmayaraq, ailə qurmamalıdır".

Psixoloq deyib ki, ailələr övladlarını erkən nikaha məcbur etməməlidir:

"Bunun fəsadları olduqca ağır ola bilər. Belə ailələr, əsasən, uğursuz olur. Bu ailələrdə doğulan körpələr də normal tərbiyə ala bilmir, çünki valideynlər buna hazır olmurlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31