Deputat Şahin Seyidzadə seçicilərə 2020-ci ilə üzrə hesabat təqdim edib
9 Fevral 2021 11:37 SosialMilli Məclisin deputatı Şahin Seyidzadə təmsil etdiyi 50 saylı Abşeron-Qobustan seçki dairəsindənolan seçicilərə 2020-ci ildə görülən işlərlə bağlı hesabat təqdim edib. Hesabatda müraciətlər, qanunvericilik, parlamentlərarası və ictimai fəaliyyətlər, həmçinin media sahəsi ilə bağlı fəaliyyətlər kimi bir çox məsələ yer alıb. Ötən il Yaz sessiyasının yekunlarına dair hesabat təqdim edərək, müraciət etmiş sakinlərə birbaşa poçt vasitəsi ilə hesabat yollayan deputat, öz paylaşımında təqdim etdiyi hesabatında müraciətçilərə poçt vasitəsilə göndəriləcəyini planlaşdırdığını qeyd edib."Olaylar" xəbər verir ki, deputat Şahin Seyidzadə bu barədə öz sosial şəbəkələrdə olan hesablarında paylaşım edib.
Paylaşımda qeyd olunub ki, 9 fevral 2021-ci il, VI çağırış Milli Məclisə növbədənkənar seçkilərdən 1 il ötür. Geridə qalan 1 il ərzində Sizlərlə daima birlikdə və əlaqədə olduq, pandemiya və müharibə dövründə bir daha sübut etdik ki, biz birlikdə güclü ola bilərik: "Geridə qoyduğumuz il sözsüz ki, Qarabağ zəfəri və hələ də davam edən koronavirus pandemiyası ilə mübarizə dövrü kimi yadda qaldı. İstər müharibə dövrü, istərsə də pandemiya dövründə həyata keçirilən bütün fəaliyyətimizi vətəndaşlara xidmət göstərilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının davamlı və dayanıqlı inkişafına dəstək verilməsinə yönəltdik".
Bu 1 il ərzində Parlament üzvü olaraq fəaliyyətdə 4 əsas:
- "vətəndaşlarla iş",
- "qanunvericilik sahəsində iş",
- "parlamentlərarası fəaliyyət",
- "ictimai fəaliyyət və kommunikasiya"
istiqamətləri müəyyən edərək, sözügedən istiqamətlər çərçivəsində fəaliyyətin sözdən əmələ prinsipləri əsasında təşkili üçün daima səylər göstərdik: "2020-ci il ərzində pandemiya dövrünün şərtlərinə uyğun olaraq 289 vətəndaşın iştirakı ilə fərdi formada 28 onlayn və səyyar vətəndaş qəbulu həyata keçirdik. Bu dövr ərzində 701 müraciət daxil olmuş, onlardan Mərkəzi və Yerli İcra Hakimiyyəti orqanlarına ünvanlaraq 63.8%-i icra olunub, 20.9%-i ilə bağlı icraat davam etməkdə, 15.3%-i isə qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Vətəndaşlarla daima qarşılıqlı əlaqəni təmin etmək məqsədi ilə, faydalı məlumat, xəbər, elan, xüsusi hadisə və tarixlər barədə mütəmadi olaraq SMS və "WhatsApp" 14280-dən çox mesaj yollanılmışdır. Əziz seçicilər, geridə qalan 1 il ərzində fərdi, şəhər, kənd, qəsəbə, ümumilikdə Abşeron və Qobustan rayonları ilə bağlı qaldırılan məsələlərə dair bir çox addımlar atıldı. 1 illik fəaliyyəti əhatə edən hesabatı Sizlərə təqdim edərək, 2020-ci il ərzində olan hər bir müraciət sahibinə təqdim olunmuş hesabatın poçt vasitəsi ilə yollanılmasını planlaşdırdığımızı diqqətinizə çatdırırıq".