Koronavirusa qarşı peyvəndlə bağlı MÜHÜM AÇIQLAMA

Ürək-damar cərrahı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri, Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov poliklinika həkimlərinə və ürək damar xəstələrinə müraciət edib.

Olaylar.az  xəbər verir ki, deputat ürək-damar xəstələrinin koronavirusa qarşı peyvənd vurdura biləcəyini söyləyib. 

"Bütün açıq ürək və stendləmə əməliyyatı olunan pasiyentlərim, eləcə də yüksək təzyiq, şəkərli diabet kimi yanaşı xəstəliyi olan insanlar COVİD-19 peyvəndi (SinoVac) vurdura bilər.

Hətta ürək-damar xəstəliyi olan insanların sağlam insanlarla müqayisədə daha tez peyvənd olunmasını tövsiyə edirik", - deyə həkim əlavə edib.

(apa)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31