Gürcüstanda 11 yaşlı azərbaycanlı qızı nişanladılar - VİDEO

Gürcüstanın Poniçala (Soğanlı) kəndində yaşayan azərbaycanlı ailəsinin 2 azyaşlı övladının nişanlanması barədə sosial şəbəkələrdə xəbər yayılıb.

Olaylar.az xəbər verir ki, yayılan  məlumatla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də feysbukda paylaşım edib. O bildirib ki, sözügedən kənddə 15 yaşlı dayıoğluyla 11 yaşlı bibiqızı nişanlanıb:

"Bildiyim qədər, qızlarını bu yaşda "ərə" verib "xoşbəxt" etmək bu kəndin adətidir. Baxın və susun...".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31