Ekstremal hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ
8 Fevral 2021 15:23 SosialTürkiyənin Şərqi Anadolu bölgəsində ekstremal hava şəraiti ilə bağlı əhaliyə müraciət edilib.
Olaylar.az xəbər verir ki, Van, Bitlis, Muş və Hakkari şəhərlərində əlverişsiz hava şəraiti müşahidə olunacaq.
Şiddətli qar yağışı, yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi, yolların buz bağlaması gözlənilir. Hava temperaturu mənfi dərəcələrə enəcək.
Əhaliyə zərurət olmadıqca yaşayış yerini tərk etməmək, hava şəraitini nəzərə almaq tövsiyə olunub./Unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31