Azərbaycanda polis əməkdaşlarının vaksinasiyasına başlanıldı
8 Fevral 2021 15:13 SosialDaxili işlər orqanlarında çalışan şəxslərin COVID-19 virusuna qarşı vaksinasiyasına başlanılıb.
Olaylar.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, ötən gündən başlayaraq polis əməkdaşlarına koronavirus əleyhinə peyvənd vurulur.
İlkin olaraq vətəndaşlarla daha çox təmas halında olan xidmət sahələrində çalışan polislər, Çevik Polis Alayının (ÇPA) əməkdaşları vaksinasiya olunur.
Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31