Yük avtomobilində bəyan olunmayan mallar aşkar edildi
8 Fevral 2021 13:34 SosialQərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz Atego" markalı yük nəqliyyat vasitəsi saxlanılıb. Dövlət Gömrük Komitəsindən "Olaylara bildirilib ki, avtomobilə rentgen qurğusu ilə baxış keçirilib və mal-müşayiət sənədlərində uyğunsuzluq aşkar edilib.Yoxlama zamanı, gömrük nəzarətinə bəyan edilməyən 430 kq bal və üzərində "Selective" yazılan hər biri 1 litr olmaqla 10 ədəd şampun aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31