Səlim Müslümovun qohumu olan Baş həkim işdən çıxarıldı

Ağsu Rayon Mərkəzi Xəstəxanasının(RMX) Baş həkimi işdən çıxarılıb.

Olaylar.az unikal.org-a istinadən bildirir ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə, Ağsu RMX-nin Baş həkimi Şəhrəbanu Məlikova tutduğu vəzifədən azad olunub. Onun yerinə isə müavini Əli Hüseynov təyin edilib.

Qeyd edək ki, vəzifəsindən azad olunan Ş.Məlikova Səlim Müslümovun dayısının arvadıdır.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31