V-IX siniflər üzrə ənənəvi tədris forması qismən bərpa olunur
8 Fevral 2021 11:09 SosialBugündən Bakı, Sumqayıt və Abşeron istisna olmaqla, digər şəhər və rayonlarda V-IX siniflər üzrə ənənəvi tədris forması qismən bərpa olunur.
Olaylar.az xəbər verir ki, şagirdlər arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərdə tədris qeyd edilən siniflər üzrə həftədə 5 dəfə, həmin şərti ödəməyən məktəblərdə isə həftədə 3 dəfə təşkil ediləcək.
Eyni zamanda Təhsil Nazirliyinin tabeliyindəki və ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən uşaq-gənclər inkişaf mərkəzlərində də aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada bərpa edilir.
Qeyd edək ki, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ibtidai siniflərdə ənənəvi tədris qismən bərpa olunub.
Gülər Seymurqızı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31