Qarabağda yenə erməni cəsədləri tapıldı - Axtarış dayandırılacaq
8 Fevral 2021 10:52 SosialDağlıq Qarabağ ərazisində son döyüş əməliyyatlarının aparıldığı bölgədə daha 2 erməni hərbçisinin cəsədinin qalıqları aşkarlanıb.
Olaylar.az xəbər verir ki, qalıqlar Füzuli istiqamətində tapılıb.
Onların şəxsiyyətinin məhkəmə tibbi ekspertizasından sonra müəyyənləşdiriləcəyi qeyd olunur.
Qeyd edək ki, 13 noyabr 2020-ci ildən 8 fevral 2021-ci ilə qədər Qarabağda 1367 cəsəd tapılıb.
Döyüş bölgəsindəki axtarış əməliyyatları Rusiya sülhməramlı kontingentin tərkibində dəyişiklik olması səbəbindən müvəqqəti dayandırılacaq.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31