Bu gündən sizə SMS gələ bilər - Koronavirus peyvəndinə görə...

Bu gün - fevralın 8-dən etibarən Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb.

Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.

Belə ki, 65 yaşdan yuxarı randevu.its.gov.az internet ünvanında qeydiyyatdan keçmiş hər bir vətəndaş SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq.

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31