Karantin tələblərinə əməl etməyən sahibkarlar cərimələnib

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirləri davam edir. Nazirlikdən "Olaylar"a bildirilib ki, həyata keçirilmiş monitorinqlər zamanı Xəzər rayonunda Afət Paşayevaya məxsus "Hədiyyələr mağazası"nda, Yasamal rayonunda "Buta Farm" MMC-yə məxsus "Aptek"də, Səbail rayonunda "Zeytun Pharmaceuticals" MMC-yə məxsus "Aptek"də, Binəqədi rayonunda Mirəgsər Mehdizadəyə məxsus "Aptek"də, Hənifə Mikayılova məxsus tikinti materialları mağazasında, Nəsimi rayonunda Cavidan Heybətzadəyə məxsus "Dönər evi"ndə, "Grand-Mart" MMC-yə məxsus "Market FR5"də, Rafiq İsmayılova məxsus ərzaq mağazasında, Qaradağ rayonunda Elnur Şirinova, Rövşən Mehdiyevə məxsus pərakəndə ticarət obyektlərində, Xətai rayonunda "ANC Group" MMC-yə məxsus ticarət obyektində, Nərimanov rayonunda Tural Əlizadəyə, Musa Məmmədzadəyə məxsus mağazalarda, ümumilikdə, 13 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub. Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31