Pandemiya dövründə texnoloji vasitələrdən çox istifadənin gözlərimizə təsiri - Oftalmoloq şərh edir

Uzun müddətdir  ki, bütün dünyanı əhatə  edən COVID-19 pandemiyası ilə mübarizə  aparırıq.  Bu dönəmdə qoyulan məhdudiyyətlər öz növbəsində  elektron vasitələrə olan tələbatı da artırır.  Bunun da fəsadları  bilavasitə orqanizmimizə öz mənfi təsirini göstərməkdədir. Yüklənməyə məruz qalan orqanlardan biri hətta deyərdim ki, birincisi də gözlərimizdir.  

"Gözlər qəlbin aynasıdır" deyirlər. Bəs qəlbimizin aynasını texnoloji vasitələrin zərərindən necə qorumalıyıq?

"Müasir dövrdə yaşayırıq istəsək də, istəməsək də elektron vasitələrdən asılıyıq.  Bunların həyatımızda yaxşı mənada rolu böyükdür.    Yüksək texnologiyanın həyatımızda rolu danılmazdır. Yalnız bunun, təəssüf olsun ki, neqativ  üzü ilə də  qarşılaşırıq.   Bildiyiniz kimi, hazırda dərslərimizin onliyan  formatda keçməsi də körpələrimiz və yetişməkdə olan gənc nəslimizin  gözlərinə öz  mənfi təsirini göstərir."

Bu fikirləri "İki sahil"ə açıqlamasında tibb universitetinin Tedris terapevtik korpusunun  həkim oftalmoloqu Dr. Vəfa Abbasova söyləyib.

Uzun müddət elektron vasitələrdən istifadə həm böyüklər də, həm də uşaqlarda  gözlərdə quruluq yaradır

Oftolmoloqun sözlərinə görə, inkişafda olan orqanizmdə gözlər də böyüməkdədir.  Yaxına uzunmüddətli baxmaq isə gözlərimizə düşən yükü artırır. Və nəticədə  gözdə akkomadasiyanin spazmı yaranır.  Akkomadasiya gözlərin müxtəlif məsafələrdən dəqiq görmə qabiliyyətidir.Bu funksiyanı gözümüzün bülluru öz əyrilik radiusunu dəyishməklə yerinə yetirir.Bunun nəticəsində gözlərin şüasındırma qabiliyyəti artır.Akkomadasiya prosesi kirpikli əzələnin(siliar) və büllurun elastikliyi hesabına baş verir. Həkim müayinəsi zamanı *akkomadasiyanın spazmı* diaqnozu qoyula bilər.Bu o deməkdir ki,göz uzun müddət yaxın məsafəyə fokuslandığı üçün siliar əzələnin spazmı baş verib. Bu da uzağa görməni nisbi olaraq məhdudlasdıra bilər və bəzən də miopiyaya  meyillilik yaradır.   Uzunmüddətli  elektron vasitələrdən istifadə həm böyüklər də, həm də uşaqlarda  gözlərdə quruluq yaradır. Bu zaman  pasiyentlerimizin  şikayətləri ən çox  qızartı, yanma, batma,  gözlərdə qum  hissiyyatı  olur. Tibbi baxımdan isə  normalda gözlərimiz bir dəqiqədə  16-18 dəfə  fizioloji olaraq qırpma hərəkətini  icra edir. Bu da öz növbəsinde qırpma zamanı gözləri göz yaşı vasitəsi ilə qidalındırır , qurumaqdan qoruyur. Uzunmüddətli  yaxına baxmaq   zamanı isə bu fizioloji proses pozulur. Buxarlanma nəticəsində gözlərdə quruluq yaranır.  Bu səbəbdən də quru göz sindromu dediyimiz xəstəlik meydana çıxır !  

Çalışdığımız qədər elektron vasitələrdən uzaq durmalıyıq

Ekspert  sözügedən məsələ ilə bağlı tövsiyələrini  bölüşdü : "Bütün sadaladığımız səbəbləri nəzərə alaraq, patalogiyanın qarşısını  almaq üçün çalışdığımız qədər elektron vasitələrdən uzaq durmalıyıq. Uzunmüddətli istifadə zamanı  fasilə vermək lazımdır! Təbiidir ki, bacardıqca  açıq havada  çox olmaq, təbii su tükətmək  əsas köməkçi  faktorlardır , iş zamanı isə heç olmasa 30 dəq işləyib,  10 dəq fasilə verib gözlərimizin qeydinə qalmalıyıq.  Müasir təbabətdə quru göz sindromunun  müəyyən olunmuş müalicə protokollarına əsaslanaraq müalicə aparılır.  Profilaktika məqsədilə ekrandan,göz gərginliyi yaradan cihazlardan periodik uzaqlaşın və göz gimnastikası edin. Gözlərinizi qoruyun! Yaxsi olar ki, valideynlərimiz  öz övladlarının qeydinə qalan zaman bütün sağlıq şərtlərinə bacardıqca riayət etsinlər!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31